STROMBOLİ TİPLİ PÜSKÜRMƏ

/Tirren dənizindəki eyniadlı adada yerləşən Stromboli vulkanının adından/ vulkan, əsası tərkibli, nisbətən sıyıq lava püskürməsi; ritmik təkrarlanan partlayışla açıq boğazdan vulkan bombaları və şlaklarının atılması ilə səciyyələnir. стромболианский тип извержения strombolion-type eruption
STROMBOLİ KRATERİ
STRUKTUR
OBASTAN VİKİ
Pele tipli püskürmə
Pele tipli püskürmə - çox özüllü lava ilə səciyyələnən mərkəzi tipli vulkan püskür­məsi. Lava boğazdan çıxanadək bərkiyir və tıxac əmələ gətirir, sonradan ekstruziv günbəzin üzərində monolit sütun şəklində sıxılıb çıxarılır. Martinika adasında Mon-Pele vulkanı üzərində belə sütünün hündür­lüyü 375 m, diametri isə 100 m olmuşdur. Kanalda toplanmış vulkan qazları vaxt­aşırı yan sahəyə istiqamətlənmiş partlayışla tıxacın altından çıxaraq qazlardan və narın qırıntılı vulkanik materialdan ibarət hərəkətli kütlə - qızmar bulud əmələ gətirir. Kül, qaz və s. qırıntılarından ibarət olan qızmar bulud genişlənərək, vulkanın yamacları boyu 150 m/san. sürətilə yuvarlanaraq, vulkandan 9 km məsafədə olan Sen-Piyer şəhərini tamamilə yer üzündən silmişdir (Mon-Pele vulkanı, 8 may 1902-ci il). Lava Mərkəzi vulkan Vulkan boğazı Ekstruziv günbəz Vulkan Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Stromboli
Stromboli (ada) — Tirren dənizində İtaliyaya məxsus, Siciliyanın şimal-şərqində yerləşən kiçik vulkanik ada. Stromboli (vulkan) — Stromboli adasında yerləşən sönməmiş vulkan. Stromboli (film, 1950) — 1950-ci ildə Roberto Rossellini tərəfindən İtalyan neorealizmi üslubunda çəkilmiş dram filmi.
Püskürmə süxuru
Püskürmə süxuru (Vulkan süxuru, Effuziv süxur) - Yer səthinə püskürülmüş maqmanın (lavanın) soyuması nəticəsində əmələ gəmiş süxurdur.
Yan püskürmə
Yan püskürmə (rus. боковое извержение, ing. lateral eruption) — vulkan konusunun yamacında və yaxud ətəyində lavaların çatlar boyunca püskürməsi. Adətən yamacda parazit konuslar əmələ gəlir. Mis: Sicilyada Etna vulkanı, Kamçatkada Klyuçevsk sopkası.
Stromboli (ada)
Stromboli (lat. strongulē, yun. στρογγύλη — "girdə, dairəvi"; it. Stromboli, sic. Struògnuli) — Tirren dənizində İtaliyaya məxsus, Siciliyanın şimal şərqində yerləşmiş kiçik vulkanik ada. Stromboli vulkanik dağ əmələgəlmə nəticəsində formalaşmış bir adadır. Əsas sakinləri əsasən adanın şimal qərbində, üç kənddə, eləcə də iki ən böyüyü San Bartalo, San Vinisenso və kiçik Cinostra kəndlərində yaşayan sicilyalılardan ibarətdir. İnzibati cəhətcə bu kəndlər Messina əyalətinin Lipari kommunasına aiddirlər. XX əsrin əvvəllərində adada bir neçə min əhali yaşamışdır . 50 ci illərin ortalarından başlayaraq bir neçə emiqrasiya dalğasından sonra əhali bir neçə yüzə qədər azalmışdır.
Stromboli (vulkan)
Stromboli (lat. strongulē, yun. στρογγύλη — "girdə, dairəvi"; it. Stromboli, sic. Struògnuli) — Tirren dənizində İtaliyaya məxsus, Siciliyanın şimal şərqində yrləşmiş kiçik eyniadlı adada, sönməmiş vulkan. Stromboli gümbəzli vulkanı daim aktiv olub, öz xırda püskürmələri ilə məşhurdur. Onu adanın bütün nöqtələrindən seyr etmək mümkündür. Sonuncu böyük püskürmə 13 aprel 2009-cu ildə baş vermişdir. Vulkan dəniz səviyyəsindən 926 m hündürlüyə malikdr. Dənz dibi səviyyəsindən isə 2000 m-dən çoxdur.
Stromboli döyüşü
Stromboli döyüşü Holland müharibəsinin tərkib hissəsi olub, 8 yanvar 1676-cı ildə Siciliyanın şimal sahillərindəki Lipar adaları yaxınlığında vitse admiral Abram Dükenin komandanlığı altında Fransa donaması ilə admiral Mixael de Rüyterin komandanlığı altında Niderland eskadrilyası arasında baş vermiş dəniz savaşı. Qanlı döyüşdən sonra Niderland admiral 1 gəmi itirərək, az canlı qüvvə itkisinə baxmayaraq geri çəkilməyə məcbur qalmışdır. Nəticədə fransız donaması, 3 alovsaçan qayıq - brender və 450 insan itkisi ilə Siciliya limanı Messinaya daxil olmuşdular.
Stromboli (film, 1950)
Stromboli (it. Stromboli, terra di dio) — 1948-ci ildə Roberto Rossellini tərəfindən çəkilmiş neorealizm dramatik filmdir. Stromboli — Internet Movie Database saytında.
Alp Tipli Buzlaq
Alp Tipli Buzlaq — sadə dərə buzlağı, müasir mərhələdə geniş yayılmış iri dağ-dərə buzlaq tipi olub, dağ sirkindən dərə boyu aşağı enir. Buzlağın birinci (qidalanma) hissəsi iqlim qar xəttindən yuxarıda, ikinci (ərimə) hissəsi isə aşağıda yerlışir.
Aral Tipli Sahil
Aral Tipli Sahil — Eol relyef formalarını örtən dəniz inqressiyası nəticəsində ənələ gələn dəniz sahil tipi. Sahil xətti çoxlu miqdarda adalar, yarımadalar, körfəz və limanlarla kəsilərək, girintili-çıxıntılıdır.
Atlantik tipli sahil
Avropa Tipli hamam
Avropa Tipli hamam - Azərbaycanın Gəncə şəhərində yerləşir. XIX əsrdə almanlar tərəfindən tikilmişdir. Hazırda hamam kimi istifadə olunur. Ünvan: Adil İsgəndərov küçəsi 91.
Dalmasiya tipli sahillər
Fallik tipli mərasimlər
Fallik tipli mərasimlər — fallus (kişi cinsiyyət orqanının incəsənətdə təsviri) nümayişi ilə keçirilən mərasimlərdir. Qədim və müasir Yunanıstanda, Yaponiyada və Azərbaycanda rast gəlinir. Yaponiyada bu adət Kanamara Matsuri festivalında davam etdirilir. Azərbaycanda Kos-kosa oyunu zamanı Kosanın sümüyə bez parçası dolayaraq fallus şəklinə gətirməsi və buna aid mətnlərdə rast gəlinən məlumatlar oyunun fallik tipli olmasını göstərir. Bu da oyunun bərəkət və bolluq mövzusundan qaynaqlandığını göstərir.
Harlequin tipli iktiyozis
Harlequin tipli iktiyozis — nadir görünən qalıcı dəri xəstəliyi olub iktiyozis qrupu xəstəliklərdən nonbulloz iktiyozisinin ən ağır növüdür. Yenidoğanların çoxluğu ölümlə nəticələnsədə ancaq bu xəstəliklə doğan və həyatına davam edən insanlar var. Ümumiyyətlə "dərinin yüksək keratinleşməsi" olaraq tərif verilə bilər. Harlequin (Arlekin), İtalyan küçə teatrında "kloun"-a bənziyən güldürən obrazdır. Bu xəstəliklə doğanların üzlərindəki ifadələr bu obraza bənzədiyi üçün bu ad verilmişdir. Bu xəstəliklə doğanların dərilərində qırmızıya çalan rəngdə, paxlavaşəkilli pullar olur. Buna əlavə olaraq göz, ağız, qulaq kimi xarici orqan uzantıları daralmışdır. Yüksək keratinə görə sərtləşən dəri hərəkəti zorlaşdırar və dəri elastik olmadığından çatlıyar və infeksiya halında ölümcül ola biləcək yaralar əmələ gələr. Bu xəstəliklə doğulan körpələrdə göz qapaqları tərsinə olaraq doğar, doğum sırasında gözün qanamasına ya da zərər görməsine yol aça bilər. Dodaqlar quru dəriyə görə çəkilmişdir və klounun gülüşünə bənzər bir görünüş içindədir.
Havay tipli vulkan
Havay tipli vulkan – mərkəzi tipli vulkan qurğusudur; lavaların az qalınlıqlı "qatlarından" və bunlarla laylaşan cüzi miqdarda qırıntal-ovuq materialdan ibarətdir. Qurğu- nun 8° bucaq altında хеyli yasamal yatan yamaclar qalxan görkəmindədir. Vulkanın zirvəsində krater yalımyatar ya- macları olan və bəzən kalderanın ölçüləri qədər geniş nim- çəvari görkəmə malikdir. İşlək vulkanların kraterlərinin dibində lava gölü əmələ gəlir. Havay vulkanları son dərəcə böyük ölçülərə malik olur; hündürlüyü okеan dibi hesaba alınmaqla 4 km, en kəsik 400 km-ə çatır. Bu vulkanlar formaca qalxanvari vulkanlara aiddir.
Kanyon tipli dərələr
Kanyon tipli dərələr- (rus. каньон ing. Canyon) Müəyyən dərəcədə dar dərə tipinə oxşayırlar. Ancaq kanyon tipli dərələrin yamaclarında müəyyən pillələr və ya terraslar əmələ gəlir. Onların mənşəyi kanyonun yamaclarında yerləşən müxtəlif süxurların eroziya prosesinə qarşı davamlılığı ilə bağlıdır. Bu səbəbdən də kanyon tipli dərələrdə pillələr olur. Hal-hazırda dünyada ən böyük kanyon ABŞ-dadır. Həmin kanyon Kolorado çayı üzərindədir. Onun maksimal dərinliyi 2 km-dən çox, uzunluğu isə təqribən 300 kilometrə bərabərdir. Kanyon tipli dərələr Yer kürəsinin başqa sahələrində də vardır.
Kimvr tipli sahil
Kimvr tipli sahil (rus. берег кимврского типа, ing. kimvr type coast) — bəzən buzlağın iştirakı ilə parçalanmış və limanı çox olan, su basmış sahil. Baltik dənizi sahillərində Trave və Oder çayları arasında bu cür sahillər "bodden" adlanır. Körfəzlər adətən dənizdən dyun zonaları ilə ayrılır (Yutlandiya və Şimali Amerika qütb arxipelaqının yerləşdiyi Kimvr yarımadasının şimal hissəsi).
Ulduz tipli mühərrik
Ulduz tipli mühərrik (radial mühərrik) silindrləri bir dairə mərkəzinin ətrafında düzülmüş mühərriklərə deyilir. Bu mühərrik növündə bütün porşen qolları tək biyel muylusuna (şəkildə porşen qollarının bağlı olduğu ortadakı fırlanan hissə) bağlı olaraq işləyirlər. Ulduz tipli mühərriklərdə yanma aralıqlarının düzgün olması üçün: 4 zamanlılar bir ədəd, 2 zamanlılar isə qoşa sayda silindrli olaraq istehsal edilirlər. Bu tərtibat şəklində at gücü başına düşən çəki 2 kq aralığında olur. Bu səbəblə də, təyyarələrdə və bəzi dənizdə olan gəmilərdə rahatlıqla istifadə edilirlər.
Yunan tipli sahil
Yunan tipli sahil (rus. берег греческого типа, ing. Greek type coast) — yer qabığının faylarla differensial yerdəyişməsi nəticəsində formalaşan girintili-çıxıntılı sahil. Çökmüş sahələr körfəzlərə, onları ayıran adalar, yarımadalar isə qalxma sahələrinə müvafiq gəlir.
Yüngül tipli təyyarə
Yüngül təyyarə, maksimum uçuş çəkisi 12.500 funt (5.670 kq) və ya daha az olan bir təyyarədir. Sabit və ya fırlanan qanadları olan yüngül təyyarələr dünyada həm mülki, həm də hərbi məqsədlər üçün geniş istifadə olunur. Hobbi uçuşlara əlavə olaraq, yüngül təyyarələr və vertolyotlar sərnişin daşınması, valyuta atma, elektrik kabellərinə nəzarət və pestisidlərin çilənməsi kimi bir çox fərqli işlərdə istifadə olunurlar.
Şəhər tipli qəsəbə
Şəhər tipli qəsəbə (rus. посёлок городско́го ти́па posyolok, gorodskogo tipa, kıs.: п.г.т., p.g.t.) — SSRİ dövründə yaşayış məntəqəsi növü. Bu tərif Bolqarıstan və Polşada, eləcə də Sovet İttifaqında istifadə edilmişdir və bu gün də 10 keçmiş Sovet respublikasında istifadə olunur. Sovet şəhərsalması nəticəsində şəhər tipli qəsəbələr yaranmış və məqsəd şəhər və kənd yaşayış məntəqələri arasında aralıq tipli yaşayış məntəqəsi yaratmaq olmuşdur. Şəhər tipli qəsəbələr böyüklüyünə görə kəndlərdən fərqlənməsə də, infrastrukturu şəhərlərdəki kimi idi. Ümumiyyətlə tək bir sənaye və ya digər istehsal sektoruna diqqət yetirirdilər.
Avropa Tipli hamam (Gəncə)
Avropa Tipli hamam - Azərbaycanın Gəncə şəhərində yerləşir. XIX əsrdə almanlar tərəfindən tikilmişdir. Hazırda hamam kimi istifadə olunur. Ünvan: Adil İsgəndərov küçəsi 91.
Sirius (şəhər tipli qəsəbə)
Sirius — Rusiyanın Krasnodar diyarında şəhər tipli qəsəbə. Rusiyanın eyni adlı federal ərazisi (naukograd). İnzibati struktur baxımdan müstəqil şəhər dairəsi hesab olunur. Şəhərin yeni nizamnaməsinin qəbulundan əvvəl inzibati-ərazi quruluşu çərçivəsində Sirius şəhəri müvəqqəti olaraq Soçi şəhərinə tabe idi. Yeni qəsəbə İmeretin ovalığında, Qara dəniz sahilində, Mzımta və Psou çaylarının kəsişməsində, Rusiyanın dövlət sərhədinin keçdiyi yerdə yerləşir. Burada Olimpiya Parkı və 2014-cü ildə XXII Qış Olimpiya Oyunları üçün inşa edilmiş digər obyektlər, əyləncə parkı, çoxlu sayda otel, dəmir yolu stansiyası yerləşir. Həmçinin Mzımta çayının mənsəbində yerləşir: Soçi Imeretin limanı, istedadlı uşaqlar üçün "Sirius" təhsil mərkəzi. Sirius şəhər dairəsinin sərhədləri Mzımta çayının şimal-qərbində, şimalda və şimal-şərqdə — A-147 "Cubqa — Soçi — Abxaziya ilə sərhəd" magistral yolu boyunca uzanır. Sirius ərazisi Tuapsedən cənubdakı Rusiyanın Qara dəniz sahilləri kimi, rütubətli subtropiklər zonasına daxildir (Köppen iqlim təsnifatına görə Cfa). Bu bölgə quru aralıq dənizi iqliminin hökm sürdüyü Anapadan, Gelenjikdən əhəmiyyətli dərəcədə fərqləndirir.
Volf-Raye tipli ulduzlar
Volf-Raye — qeyri-adi spektrə malik, nadir heterogen ulduz qrupudur, bu tip ulduzların spektridə əsasən iyonlaşmış helium və azot və ya karbonun geniş emissiya xəttləri nəzərə çarpır. Wolf-Raye tipli ulduzlarda hidrogenin miqdarı tükənməklə, ağır elementlərin miqdarı isə çoxdur buda güclü ulduz küləklərinə səbəb olur. Wolf-Raye tipli ulduzların səth temperaturları təxminən 30.000 K ilə təxminən 200.000 K arasında dəyişir və digər bütün ulduzlardan daha istidir. Klassik Wolf-Raye tipli ulduzlar, xarici hidrogenlerini tamamilə itirmiş və nüvədə helium və ya ərimiş halda ağır elementlər olan nəhəng ulduzlardır. WR ulduzlarının bir qrupunun spektrində hidrogen xəttləri nəzərə çarpır bunlar WNh ulduzları olaraq adlandırılır. Bu qrup ulduzlar da kifayət qədər böyük ulduzlardır və hələ də nüvəsində hidrogen mövcuddur, səthində isə helium və azot kütlə itkisiylə məruz qalmaqdadır. 1867-ci ildə, Paris Rəsədxanasında 40 sm Foucault teleskopunu istifadə edərək alimlər Charles Wolf və Georges Rayet [1], Cygnus qrup ulduzundakı üç ulduz kəşf etdilər (HD 191765, HD 192103 və HD 192641, bu anda WR 134, WR 135 və WR 137) bu ulduzların spektrində spektrdə geniş emissiya zolağı qeyd olundu. Wolf-Raye tipli ulduzların spektindəki emissiya xətlərinin təbiəti bir neçə on il ərzində sirrli qaldı. Daha sonra Edward C. Pickering xətlərin qeyri-adi bir hidrogen halından yarandığı nəzəriyyəsini irəli sürdü və bu "Pickering ardıcıllığı" xəttlərinin, yarı-inteqral kvant ədədləri nəzərə alındığında Balmer seriyasına oxşar bir seriya olduğu ortaya çıxdı. Daha sonra, bu xətlərin helium tərəfindən yarandığı ortaya çıxdı.